Avropa çempionatının qrup mərhələsinin III turunda D qrupunun qarşılaşmaları baş tutub.

Offsideplus.az xəbər verir ki, Niderland Avstriyaya 2:3 hesabı ilə uduzub. Fransa yığması isə Polşa ilə heç-heçə edib: 1:1.

Beləliklə, Avstriya 6 xalla qrup birincisi, Fransa isə ikinci olub (5 xal). Niderland 4 xalla 3-cü, Polşa isə 1 xalla dördüncü yerdə qərarlaşıb.