RU

Milyonçu əri Alsuya modellə xəyanət edib

Xəbər verdiyimiz kimi, məşhur müğənni Alsu milyonçu həyat yoldaşı Yan Abramovdan boşanır.

Axşam.az-ın məlumatına görə, boşanma ərəfəsində ikili ilə bağlı yeni iddialar yaranıb. "StarHit"in xəbərinə görə, onların boşanmasına səbəb model Anastasiya Reşetovadır.

Model öz növbəsində haqqında səsləndirilən iddiaları rədd edir. Anastasiya bildirib ki, o, heç vaxt evli kişi ilə münasibət qurmaz. Alsu isə modelin bu açıqlamasını instaqramda səhifələrinin birində yalanlayıb: Alsu "Yalan deyir" şərhi yazmaqla Yanın ona Anastasiya ilə xəyanət etdiyini təsdiqləyib.

MilyonçuXatırladaq ki, Yanın Alsuya Anastasiya ilə xəyanət etdiyi hələ ötən ilin yayından bəllidir. Sosial media izləyiciləri Alsu ilə Anastasiyanı zahiri görünüşcə oxşar olmaqlarına diqqət çəkib.

Bu cür şərhlərə müğənni "Məni kiminləsə müqayisə edəndə yadda saxlayın ki, əsli mənəm" deyə, cavab verib.

Anastasiya bununla bağlı heç bir şərh verməyib. Modelin sözlərinə görə, o, özündən 3 yaş böyük kişi ilə münasibətdədir. Yan isə bu parametrlərinə uyğun gəlmir. Çünki modelin 28, milyonçunun isə 46 yaşı var.

Anastasiyanın daha bir açıqlaması isə evli kişilərin onu cəlb etməməməsi ilə bağlı olub.

Qeyd edək ki, Abramov Bakıda dünyaya gəlib. Alsu və Abramov 2005-ci ildə tanış olublar. Onlar 2006-cı ildə Moskvada evləniblər. Alsu və Yanın üç övladı var - Safina, Mikella və Rafael.

Abramovun 10 ildir ki, Alsunu aldatdığı iddia edilib. O, rus aparıcı-model Viktoriya Lopyreva və reper Timatinin keçmiş sevgilisi Anastasiya Reşetova ilə münasibətdə olduğun deyilir.


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
30
big.az

1Источники