RU

Hindistanda saxta spirtli içkidən ölənlərin sayı 53-ə yüksəlib

Hindistanın cənubundakı Tamil Nadu ştatında saxta spirtli içkidən ölənlərin sayı 53-ə yüksəlib.

525.az Hindustan Times-ə istinadən xəbər verir ki, dövlət rəsmisi M.S.Prasanth Kallakuriçi rayonunda təxminən 190 nəfərin saxta içkiyə görə müxtəlif xəstəxanalarda müalicə olunduğunu bildirib.

Prasanth saxta spirt səbəbiylə həyatını itirənlərin sayının 53-ə yüksəldiyini açıqlayıb.

Faktla bağlı aparılan araşdırmalar çərçivəsində polis əməkdaşları tərəfindən Tiruçirapallı ərazisindən ələ keçirilən 250 litr saxta içki aşkar edilərək 7 nəfər şübhəli şəxs saxlanılaraq məhv edilib.

Hindistanda 7 ildir alkoqol qadağasının tətbiq olunduğu Bihar əyalətində 2023-cü ildə 20 nəfər saxta spirtli içkilərdən dünyasını dəyişib.

Malik Atilay 






















Bizi İnstagramda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
19
525.az

1Источники