RU

Ermənistan buna görə kapitulyasiya aktına tələsik qol çəkib

“Vətən müharibəsi zamanı Azərbaycanın uğurlu əməliyyatlarından biri Ağdam istiqamətində idi”.

“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov iyunun 25-də AZƏRTAC-a və AzTV-yə müsahibəsində deyib.

Z.Həsənov bildirib ki, həmin istiqamətdə Ermənistan silahlı qüvvələrinin böyük bir birləşməsi, təxminən 15-18 min nəfərlik şəxsi heyət mühasirəyə düşüb:

“Biz bu əməliyyatı yekunlaşdırmaq üçün mühasirəyə düşən həmin hərbi birləşmələrin ətrafına toplarımızı, raket sistemlərimizi yığmışdıq və artıq onların zərərsizləşdirilməsi üçün tədbirlərə başlayırdıq. Ermənistanın kapitulyasiya aktına tez qol çəkməsinin səbəblərindən biri də bu idi”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
32
3
qafqazinfo.az

3Источники