RU

Natiq Qasımova Milli Qəhrəman adı verildi

Yayımlandı: 25 İyun 2024 21:50 Bununla bağlı İlham Əliyev sərəncam imzalayıb I Qarabağ müharibəsində itkin düşən Natiq Qasımova  “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Bu barədə iyunun 25-də Prezident İlham Əliyev sərəncam imzalayıb. Natiq Qasımov 1971-ci ildə Gədəbəy rayonunda anadan olub. Ailəsi 1975-ci ildə Mingəçevirə köçdüyündən o səkkizillik məktəbi bitirdikdən sonra qaynaqçı ixtisası üzrə peşə məktəbində təhsil alıb. Natiq Qasımov Rusiyanın Krasnoyarsk vilayətində Daxili Qoşun hissələrində xidmət edib. Hərbi xidməti bitirdikdən sonra 1991-ci ildə Azərbaycan ordusunda könüllü olaraq cəbhəyə gedib.  O, Ağdamda Yaqub Rzayevin başçılığı altında “Qarabağ şahinləri” dəstəsində Ermənistan ordusuna qarşı döyüşmüşdü. Natiq Qasımovun 1992-ci ildə Xocalının Pirlər kəndindəki kilsədən əsir alındığı deyilir. Böyük Britaniyanın “Broken Pot Media” şirkəti tərəfindən çəkilmiş “Oğul” sənədli filmində italyan müharibə fotoqrafı Enriko Sarsini erməni zabitləri tərəfindən dindirilən zaman Natiq Qasımovun şəklini çəkir. Ekran işində separatçı Vitali Balasanyanın onu dindirdiyi qeyd olunur. Meydan TV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
30
xural.com

1Источники