RU

Assanj çox ciddi rejimli həbsxanadan çıxıb, "WikiLeaks" nəşri detalları açıqlayıb

"5 ildən artıq bir müddətdə 2x3 metr ölçüdə olan kamerada sutkanın 23 saatını təcriddə keçirdikdən sonra Assanj həyat yoldaşı və övladlarına qovuşacaq..."
 
Bazar ertəsi, iyunun 24-də Böyük Britaniyada "WikiLeaks" nəşrinin təsisçisi, avstraliyalı jurnalist Culian Assanj 1901 gün keçirdiyi "Belmarş" çox ciddi rejimli həbsxananı tərk edib. 
 
Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri məlumat yayıb.
 
"WikiLeaks" özünün "X" sosial şəbəkəsində məlumat verib ki, Assanj London Ali Məhkəməsinin girovluğu müqabilində azadlığa buraxılıb. 
 
"Günorta o, "Stansted" hava limanına buraxılıb, oradan o, təyyarəyə minərək Böyük Britaniyaya uçub", - məlumatda deyilir.
 
Nəşr əlavə edib ki, Assanjın azadlığa buraxılması fəalların, qanunvericilərin, müxtəlif siyasi liderlərin, hətta bu işə cəlb edilən BMT-nin iştirak etdiyi qlobal kompaniyanın nəticəsidir.
 
Assanjın olduğu təyyarə yanacaq doldurmaq üçün Taylandın paytaxtı Banqkok şəhərində eniş edəcək, sonra Amerikanln Şimali Marian adalarının ərazisinə yollanacaq, orada iyunun 26-da məhkəmə iclası keçiriləcək.
 
Gözlənir ki, Britaniya həbsxanasında keçirdiyi 5 il nəzərə alınmaqla o, 62 aylıq həbs cəzasına məhkum ediləcək, ABŞ-a eksdradisiyasına etiraz edəndən sonra azadlığa çıxacaq və vətəni Avstraliyaya dönəcək. 
 
"Bu, ABŞ Ədliyyə Nazirliyi ilə hələlik rəsmən başa çatmayan sazişin bağlanmasına gətirib çıxaran uzunmüddətli danışıqlar üçün şərait yaradıb. Biz imkan daxilində tez bir zamanda əlavə məlumat təqdim edəcəyik", - nəşr yazıb.
 
Azadlığa çıxdıqdan sonra Assanj Avstraliyaya qayıdıb. "5 ildən artıq bir müddətdə 2x3 metr ölçüdə olan kamerada sutkanın 23 saatını təcriddə keçirdikdən sonra o, tezliklə öz həyat yoldaşı Stella Assanj və atalarını yalnız dəmir barmaqlıqların arxasından tanıyan övladlarına qovuşacaq", - jurnalistlər vurğulayıb.
 
Culian Assanj diqqət mərkəzindədir-xəbərlər
 
ABŞ-da avstraliyalı jurnalistə qarşı o cümlədən "WikiLeaks" nəşri tərəfindən Amerikanın müxtəlif idarələrinin məxfi sənədlərini dərc etməsi səbəbindən 8 ittiham irəli sürülüb. 
 
ABŞ jurnalisti Amerika ərazisinə göndərməyi xahiş edib. Əgər Assanj Birləşmiş Ştatlardan Böyük Brutaniyaya göndərilsəydi, onu 175 il həbs cəzası gözləyə bilərdi.
 
2022-ci ilin aprelində London Məhkəməsi jurnalistin Birləşmiş Ştatlara ekstradisiya olunmasına order verib.
 
Xatırladaq ki, "WikiLeaks" nəşri insan hüquqlarlnın pozulması və hökumət tərəfindən korrupsiya haqqında tarixçələrin dərc edilməsində ixtisaslaşıb. Culian Assanj bu layihəni 2006-cı ildə yaradıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
14
moderator.az

1Источники