RU

Hakan Fidan: "Müharibələrin yayılma riski artır"

Türkiyənin xarici işlər naziri Hakan Fidan çexiyalı həmkarı Yan Lipavski ilə birgə mətbuat konfransında dünyada müharibələrin yayılması riskinin artdığını vurğulayıb.

BiG.AZ xəbər verir ki, bu mövzuda mütləq beynəlxalq mövqeyə ehtiyac olduğunu deyən nazir Fidan Ukraynada keçirilən Sülh Konfransına qatılan Türkiyənin qlobal parçalanmaya son qoymaq üçün öz fikrini irəli sürdüyünü bildirib.

"Çexiyanın Ukraynanın işğalı ilə bağlı narahatlığı var. Problem müharibə əvəzinə dialoqla həll edilə bilər.Bölgəmizdə sülh və əmin-amanlığa ehtiyacımız var. Əks halda müharibələrin yayılma riski artır. Ölkələr cəmiyyətlərini və infrastrukturlarını müharibəyə qarşı hazırlayır" ,- deyə o qeyd edib.


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
35
big.az

1Источники