RU

"Beşiktaş" Rafa Silvanı İstanbula gətirir

Qabriel Paulista ilə müdafiəçi mövqeyinə ilk transferini edən Beşiktaş, 10 nömrəyə ikinci transferini reallaşdırmaq üzrədir.

News24.az xəbər verir ki, ikinci prezident Hüseyn Yücel vasitəsilə aparılan danışıqlar nəticəsində ağ-qaralar 10 nömrəli Portuqaliyalı Rafa Silva ilə razılaşma mərhələsinə gəlib.

"Benfika" komandası ilə müqaviləsi başa çatan Rafa Silvanın "Beşiktaş"a gəlişinə müsbət baxdığı və müqavilə bağlamaq ehtimalının yüksək olduğu öyrənilib.

Qeyd edək ki, 10 nömrəli 31 yaşlı ulduz "Benfika"nın heyətində ötən mövsüm 52 matçda 22 qol vurub və 15 məhsuldar ötürmə edib.

Günel Məlikzadə


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
17
news24.az

1Источники