RU

ABŞ Suriyadakı bazasına əlavə qüvvələr göndərib

ABŞ Suriyadakı bazasına əlavə qüvvələr göndərib

BiG.AZ xəbər verir ki, ABŞ qüvvələrinin karvanı ötən gecə İraq və Suriya arasındakı Əl-Valid Sərhəd Qapısından Həsəkəyə daxil olub.

ABŞ əsgərlərini daşıyan Bradley tipli zirehli maşınların da olduğu 40 maşından ibarət karvan Hasəkənin Kasrek kəndindəki hərbi bazaya çatıb.

Karvana yanacaq tankerləri, tibbi ləvazimat və sursatla yüklənmiş hərbi maşınlar daxildir.

ABŞ ordusu aprelin 24-də terror təşkilatı PKK/YPG-nin Hasəkə vilayətində işğal etdiyi bölgələrdəki bazalarına 40 maşından ibarət əlavə hərbi qüvvə göndərib.


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
20
big.az

1Источники