RU

Messi azarkeşlərini torta qonaq etdi

style='margin-bottom:10px;'>

Argentina millisinin hücumçusu Lionel Messi ad gününü millidəki komanda yoldaşlarının əhatəsində qeyd edib.

QOL.az xəbər verir ki, ötən gün futbolçunun 37 yaşı tamam olub.

Argentinalı forvardın pərəstişkarları ad günü şənliyinin keçirildiyi otelə gəliblər. Messi pəncərədən pərəstişkarlarını salamlayıb. Daha sonra Argentina bayrağının rənglərində olan 4 böyük tort azarkeşlər üçün küçəyə aparılıb.

Qeyd edək ki, Messi 8 “Qızıl top”un sahibidir. O, dünya çempionudur, İspaniya çempionatının onqat, Liqa 1-in ikiqat və  Çempionlar Liqasının isə dördqat qalibidir. Lionel 2023-cü ilin yayından "İnter Mayami"də çıxış edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
22
teleqraf.com

1Источники