RU

Tom Kruzun 18 yaşlı qızı atasının soyadından imtina etdi

Məşhur Hollivud aktyoru Tom Kruzun qızı Suri atasının soyadından imtina etmək qərarına gəlib. 

HİT.az xəbər verir ki, bu barədə “Page Six” məlumat yayıb.

18 yaşlı qızın məktəbi bu yaxınlarda bitirdiyi məlum olub. Sertifikatı Suri Noel kimi alıb, yəni anası aktrisa Keti Holmsun soyadlarından birini götürüb.

Yeri gəlmişkən, Tom özü qızın məzuniyyətinə gəlməyib və uzun illər onunla əlaqə saxlamayıb. Yalnız qızın anası orda olub.

Rəsmi olaraq nə Suri, nə də Tom Kruz hələlik bu mövzuya münasibət bildirməyib.

Samir

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
16
1
hit.az

2Источники