RU

4 güləşçimiz finalda

Bakı. Trend:

Serbiyada güləşçilər arasında keçirilən U-17 Avropaçempionatının ikinci günü də yığmamız üçün uğurlu olub.

Trend İdman.biz-əistinadən xəbər verir ki, təmsilçilərimizdəm 4-ü finalayüksəlib.

Turan Daşdəmirov (51 kq) yarımfinalda gürcüstanlı NikaTsetsxladzeyə (3:0), Ayxan Cavadov (60 kq) isə türkiyəli MelihYeginə (2:1) qalib gələrək həlledici görüşə vəsiqə qazanıblar.

Yusif Əhmədli (71 kq) final yolunda macarıstanlı İmreKolomparaya 7:3 hesabı ilə qalib gəlib. Səid Paşayev (92 kq) isəbolqarıstanlı Radostin Vasilyevlə görüşdə çətinlikə üzləşməyib və"tuş"la qələbə qazanıb.

45 kq çəkidə mübarizə aparan Nicat İsgəndərli eyni uğurutəkrarlaya bilməyib. O, yarımfinalda erməni rəqibinə uduzub.

Qeyd edək ki, final görüşləri sabah keçiriləcək.

Məqalədə:
Избранный
54
1
az.trend.az

2Источники