RU

Qeyri-neft sektorunda xarici sərmayə üçün əlverişli mühiti sübut edən tutarlı fakt var...

Image

Aydın Hüseynov: “Ölkəmizdə nəinki xarici sahibkarlar, bütün sahibkarlıq fəaliyyəti üçün əlverişli mühit mövcuddur”

Azərbaycanda yaxşı sərmayə mühiti var. Ölkə ənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda bərpaolunan enerjiyə yönəldir. COP29-a ev sahibliyi edəcək ölkə kimi yaşıl enerjiyə keçid prosesində öndə gedənlərdən olmaq bizim üzərimizə düşən öhdəlikdir. Bundan başqa, xarici sərmayənin yaşıl enerjidə payı çox böyükdür. 

Bəzən belə iddialar səslənir ki, guya Azərbaycanda qeyri-neft sektorunda xarici sərmayədarlar üçün əlverişli imkan, cəlbedicilik yoxdur. O zaman necə olur ki, qısa müddətdə Birləşmiş Ərəb Əmirliyinin “Masdar” şirkəti 230 meqavatlıq Günəş elektrik stansiyası tikdi? Necə olur ki, Qaradağda külək, Biləsuvarda iki Günəş elektrik stansiyası xarici sərmayə ilə tikilir? Bütün bunlar xarici sərmayədarlar üçün yaradılan əlverişli mühütün göstəricisi deyilmi?

“Bir sıra qeyri-neft sektoru sahələrinin yaradılmasında xarici sərmayələrin xüsusi rolu var” 

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən millət vəkili Aydın Hüseynov hesab edir ki, qeyri-neft sektoru ilə bağlı tənqidlərin əsası yoxdur: “Bu cür fikirlərin heç bir əsası yoxdur. Ona görə ki, Azərbaycanda nəinki xarici sahibkarlar üçün, bütün sahibkarlıq fəaliyyəti üçün əlverişli mühit mövcuddur. Azərbaycanda xarici sərbayələr hesabına böyük enerji layihələri həyata keçirildi. Bir sıra qeyri-neft sektoru sahələrinin yaradılmasında xarici sərmayələrin xüsusi rolu var. Son illər   Azərbaycanda “yaşıl enerji” sahəsində mühüm uğurlar əldə edilib. Ötən il regionda ən böyük və ən müasir bərpaolunan enerji istehsalı müəssisələrindən olan 230 meqavat gücündə Qaradağ Günəş Elektrik Stansiyası istismara verilib. “Masdar” ilə ümumi gücü 1000 meqavat olan 2 Günəş və 1 külək elektrik stansiyasının təməli qoyulub. Cari il mayın 3-də “ACWA Power” şirkəti ilə 200 meqavat Batareya Enerji Saxlama Sistemi üzrə İcra Sazişi və 200 meqavat gücündə külək elektrik stansiyası üçün Çərçivə Sazişi imzalanıb. 1870 meqavat gücündə bərpaolunan enerji güclərinin (istismara verilmiş və təməli qoyulmuş stansiyalar daxil olmaqla 2 külək və 6 Günəş stansiyası) ölkənin ümumi elektroenergetika şəbəkəsinə inteqrasiyası üzrə proqram da uğurla gerçəkləşdirilib. Özü də 230 meqavat gücündə Qaradağ Günəş Elektrik Stansiyası 100 faiz xarici kapitalla inşa edilib. İyunun 4-də Bakı Enerji Həftəsi çərçivəsində  ümumi gücü 1000 meqavat olan 3 bərpaolunan enerji stansiyasının - Biləsuvarda 445 meqavat gücündə Günəş elektrik stansiyası, Neftçalada 315 meqavat gücündə günəş elektrik stansiyası və Abşeron-Qaradağ ərazisində isə 240 meqavat gücündə külək elektrik stansiyasının təməli qoyulub. Bu stansiyalar vasitəsilə illik, təqribən, 2 milyard kilovat-saatdan çox yaşıl enerjinin istehsalı nəzərdə tutulub. Bütün bunlar qeyri-neft sektorunda yaradılan əlverişli investisiya mühitinin göstəricisidir”.

Vidadi ORDAHALLI





Избранный
7
baki-xeber.com

1Источники