RU

Parlamentə hücum:Deputatlar tunnelərlə qaçdı - VİDEO

Keniya qanunverici orqanının üzvləri etirazçılar parlamentə daxil olduqdan sonra yeraltı tunellərdən keçərək parlamenti tərk etməyə məcbur olublar.

 

Oxu24.com  bu barədə Keniya parlamentinin üzvü Moris Bisauya istinadən yazır.

 

Agentliyin həmsöhbəti bildirib ki, aksiyalar zamanı parlament binasına ciddi ziyan dəyib.

 

Hüquq-mühafizə orqanları qanunsuz hərəkətlərin qarşısını almaq üçün lazımi tədbirlər görməyə başladıqdan sonra etirazçılar sakitləşib.

 

"Etirazçıların bəziləri dinc idi, bəziləri isə talan etmək üçün küçələrə çıxdı və iğtişaşlardan istifadə edərək cinayət törətdilər",-deyə yerli media yazır.

 

Bundan əvvəl ABŞ-ın keçmiş prezidenti Obamanın bacısı Auma etirazlar zamanı gözyaşardıcı qazdan yaralanmışdı.

 

Keniyada iğtişaşlar ABŞ prezidenti Co Baydenin bazar ertəsi ölkəni "NATO-dan kənar əsas müttəfiqlər" sırasına daxil etməsindən sonra başlayıb. Bu, ilk dəfə Saharadan cənubda yerləşən bir Afrika ölkəsinin belə status alması idi.

Bundan əvvəl respublikaçılar Ağ Evi Keniyaya Ukrayna üçün silah göndərməkdə ittiham etmişdilər.

 

 

 

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
37
oxu24.com

1Источники