RU

"Real"ın müdafiəçisi "Napoli"yə keçir

"Real"ın müdafiəçisi Rafa Marin karyerasını İtaliya A Seriyasında davam etdirəcək.

Sportal.az xəbər verir ki, 22 yaşlı futbolçu "Napoli"yə keçəcək. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Artıq klublar arasında anlaşma əldə olunub. İspan oyunçu yaxın günlərdə Neapol təmsilçisi ilə uzunmüddətli müqavilə imzalayacaq.

Qeyd edək ki, Rafa Marin ötən mövsümü icarə əsasında "Alaves"də keçirib. İspaniya U-21 millisinin üzvü La Liqa klubunun heyətində 35 rəsmi matçda meydana çıxıb.

Избранный
123
sportal.az

1Источники