RU

“Beynəlxalq ictimaiyyətin haqq işimizə dəstəyi sahəsində mühüm qərarlara şahid olmuşuq“ - SƏDR BİLDİRİB

“Ötən müddət ərzində beynəlxalq ictimaiyyətin bizim haqq işimizə dəstəyi sahəsində mühüm qərarlara şahid olmuşuq. İslam Əməkdaşlıq Təşkilatının 4-5 may 2024-cü il tarixlərində Qambiyanın Bancul şəhərində keçirilmiş zirvə görüşündə təşkilatın üzvü olan 57 dövlət Ermənistandan zorla qovulmuş azərbaycanlıların taleyindən narahatlıq ifadə edib və onların öz doğma yurdlarına sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışına dəstək ifadə ediblər. Bundan əlavə, dövlət və hökumət başçıları Ermənistanda müsəlman mədəni irsinin təhqir edilməsini və dağıdılmasını sərt şəkildə qınayıblar. Bu qərarı ilə İslam Əməkdaşlıq Təşkilatın Ermənistandan qovulmuş azərbaycanlıların qayıdışına dəstək ifadə etmiş ilk beynəlxalq təşkilat oldu. Bu, şübhəsiz ki, haqq ədalətin bərqərar olunması yolunda tarixi nailiyyətdir”. SİA xəbər verir ki, bu sözləri Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş beynəlxalq tədbirdə çıxışı zamanı deyib.

“Mən İslam Əməkdaşlıq Təşkilatının üzv dövlətlərinə təşəkkür edirəm. Digər beynəlxalq təşkilatların da oxşar qərarlar qəbul edəcəyinə ümid edirik.

İcmamızın fəaliyyətinin mühüm bir hissəsini öz regional mədəni dəyərlərimizin və adət-ənənələrimizin təşviqi məsələsi təşkil edir. Məlum olduğu kimi, Ermənistandan azərbaycanlıların qovulmasından sonra oradakı Azərbaycan maddi-mədəni irsi kütləvi şəkildə dağıdılıb. Ermənistan hökuməti orada qismən salamat qalmış Azərbaycan abidələrini, o cümlədən, İrəvan şəhərində vaxtilə azərbaycanlıların yaşadığı, qədim arxitektura nümunələrinin olduğu Təpəbaşı məhəlləsini dağıtmaqdadır. Biz UNESCO-nu və beynəlxalq ictimaiyyəti bu məsələyə diqqət yetirməyə çağırırıq”,- deyə sədr bildirib.

Ləman Sərraf

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
16
sia.az

1Источники