RU

Sərdar Ortaçın anası: Oğlumun evlənməsini istəmirəm

Sərdar Ortaçın həyatı ilə bağlı verdiyi qərarlara ilk şərh anasından gəlib.Nesrin Ortaç oğlu Serdar Ortaç haqqında "Əgər bunu edibsə, həqiqətən də böyük insandır. Və vədinə əməl edir" şərhini verib.

Sərdar Ortaç bu yaxınlarda açıqlama verib. Spirt və siqareti həyatından sildiyini deyən Sərdar Ortaç nə qədər qərarlı olduğunu da göstərdi. Ötən gecə Sərdar Ortaçın konsertini dinləməyə gələnlər arasında anası da olub.

Jurnalistlərin suallarını cavablandıran Nesrin Ortaç “Hər konsertdə olduğu kimi indi də çox həyəcanlıyam. Oğlum siqareti və spirtli içkiləri atdı. İndi baxmağa gəldim. Mən indi izləyirəm. O, bundan sonra bir daha istifadə etməyəcək”, - deyə o bildirib.

Nesrin Ortaç "Sərdar Ortaçın evlənib ata olmasını istəyirsən?" sualına isə belə cavab verib:

"Onun ailə qurub, ata olmasını istəmirəm. Qoy münasibətləri olsun. Səyahət etsin. Əylənsin. Sağ olsun. Nə qədər ki, səhhəti yaxşıdır, bəsdir".

 

(Haber Global)

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
25
moderator.az

1Источники