RU

Estoniyanın baş naziri Avropa diplomatiyasının rəhbəri olacaq

Estoniyanın baş naziri Avropa diplomatiyasının rəhbəri olacaq

Estoniyanın baş naziri Kaja Kallas Avropa İttifaqının (Aİ) xarici siyasət xidmətinin rəhbəri postunda Cosef Borreli əvəz edəcək.AFN.az xəbər verir ki, bu barədə "Ria Novosti" məlumat yayıb. Bildirilir ki, Portuqaliyanın keçmiş baş naziri Antonio Kosta da Avropa Şurasının rəhbəri olacaq. "RİA Novosti" bu barədə Almaniyanın DPA agentliyinə istinadən xəbər verib."Euractiv" portalının analitiklərinə görə isə Rusiyaya qarşı çox sərt mövqe Kallasın Avropa diplomatiyasının rəhbəri postunu tutmasına mane olacaq. Nəşr qeyd edir ki, Kallas "Moskva ilə qarşıdurmaya həddindən artıq diqqət yetirə bilər".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
34
afn.az

1Источники