RU

Ceyhun Bayramov Rusiya XİN-in Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsini qəbul edib

Bakı. Trend:

Bu gün xarici işlər naziri Ceyhun Bayramov RusiyaFederasiyasının xarici işlər nazirinin Azərbaycan-Ermənistanmünasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqorXovayevi qəbul edib.

XİN-dən Trend-ə verilən xəbərəgörə, görüşdə Azərbaycan-Rusiya ikitərəfli əlaqələri, regionalplatformalar çərçivəsində görülən işlər, Azərbaycan və Ermənistanarasında sülh prosesinin cari vəziyyəti və perspektivləri, regiondamövcud vəziyyət və son inkişaflar müzakirə olunub.

Nazir Ceyhun Bayramov Azərbaycanla Ermənistan arasında sülh sazişilayihəsi üzrə aparılan danışıqlar prosesi barədə məlumat verib.Bununla yanaşı, Ermənistan konstitusiyasında və digərqanunvericilik aktlarında Azərbaycanın ərazi bütövlüyünə qarşıdavam edən iddiaların proses çərçivəsində əsas maneə olduğu diqqətəçatdırılıb.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
54
25
az.trend.az

10Источники