RU

Gürcüstanda altı qərbyönlü partiya seçkilər ərəfəsində birləşdiyini bəyan etdi

Mixail Saakaşvilinin "Vahid Milli Hərəkat” partiyası və ölkədəki digər beş qərbyönlü siyasi təşkilat çərşənbə axşamı, iyunun 25-də dərc olunan "Gürcüstan müxalifətinin birlik bəyannaməsi” sənədini imzalayıb.

Qaynarinfo xəbər verir ki, bəyannaməyə "Girçi - Daha çox azadlıq", "Axali", "Lelo", "Droa" və "Aqmaşenebelinin strategiyası” qoşulub

"Biz oliqarx Bidzina İvanişvilinin rəhbərlik etdiyi "Gürcü arzusu”nun ABŞ və Aİ-yə qarşı son hücumlarından, eləcə də demokratiyanın əsas dəyərlərinə məhəl qoymayan hökumətin hərəkətlərindən narahatıq”, - deyə bəyanatda bildirilir. 

Altı partiya həmçinin prezident Salome Zurabişvilinin təşəbbüsü ilə "Bidzina İvanişvilinin zəbt etdiyi dövləti azad etmək və Gürcüstanı Avropa İttifaqına sürətli inteqrasiya yoluna qaytarmaq” məqsədi ilə "Gürcüstan Xartiyası” ətrafında birləşdiyini elan edir.

Birləşmiş partiyalar "qarşıdan gələn seçkilərə qədər səyləri artıracaqlar ki, bir nəfər də olsun seçici səsi itməsin” və "2024-cü il iyulun 8-dən gec olmayaraq, seçkilərdə maksimum nəticə verəcək seçkiqabağı birliyin ən effektiv konfiqurasiyasını tapmağa” söz verirlər.

Bəyannamədə deyilir: "Biz etik çərçivəni qoruyub saxlamaqla, seçkilərdən əvvəl və sonra bir-birimizə hücumlardan çəkinəcəyik”. Seçkilərdən sonra bu partiyalar Gürcüstan Xartiyasında yer alan bəndləri həyata keçirmək üçün koalisiya hökuməti qurmağı öhdələrinə götürürlər.

Tərəflər ATƏT, Avropa Parlamenti, Avropa Şurası və digər qurumları oktyabrın 26-na təyin edilmiş parlament seçkilərinin uzunmüddətli monitorinqini təmin etməyə çağırır.

Nizami Bağırov
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
12
2
qaynarinfo.az

2Источники