RU

Milli Hidrometeorologiya Xidmətinin rəisi: Küləkli hava ilə əlaqədar əhalini təhlükəsizlik qaydalarına riayət etməyə çağırırıq

Milli

Bakı, 25 iyun, AZƏRTAC

İyunun 26-27-də ölkə ərazisində gözlənilən küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən “sarı” və “narıncı” xəbərdarlıqlar verilib.

AZƏRTAC xəbər verir ki, Xidmət rəisi Nazim Mahmudov “sarı” və “narıncı” xəbərdarlıqlarla bağlı əhaliyə müraciət edərək onları təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.

“Vətəndaşlara tövsiyə edirik ki, hava ilə bağlı xəbərdarlıqları və məlumatları diqqətlə izləsin, əlverişsiz hava şəraitində ehtiyatlı olsun, hündür ağacların altında dayanmasın, nəqliyyat vasitələrini irigövdəli ağacların altında saxlamasın, təhlükəsizlik qaydalarına ciddi əməl etsinlər”,, - deyə N.Mahmudov bildirib.

Избранный
62
1
azertag.az

2Источники