RU

Ərdoğan Putinlə telefon danışığı apardı


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Bildirilir ki, Ərdoğan terrorçuların Dağıstanda cinayətkar hücumunu qətiyyətlə pisləyib, Rusiya xalqı ilə həmrəylik hisslərini ifadə edib, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib və yaralananların hamısının tezliklə sağalmasını arzulayıb.
Putin başsağlığı və dəstəyə görə təşəkkür edib.
“Liderlər anti-terror istiqamətində hərəkətlərin sıx əlaqələndirilməsini davam etdirmək barədə razılığa gəliblər”, - məlumatda deyilir.
Xatırladaq ki, iyunun 23-də Dərbənd və Mahaçqalada bir qrup terrorçu iki pravoslav kilsəsinə və iki sinaqoqa hücum edib. Dağıstanın Səhiyyə Nazirliyinin məlumatına görə, 21 nəfər ölüb, 26 nəfər yaralanıb. Ölənlər və yaralananlar arasında hüquq-mühafizə orqanlarının əməkdaşları və mülki şəxslər var.
Faktla bağlı terrorizm, qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və daşıma, habelə oğurluq maddələri ilə cinayət işi başlanıb. Milli Antiterror Komitəsinin məlumatına görə, beş yaraqlı zərərsizləşdirilib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
26
yeniavaz.com

1Источники