RU

Aİ liderləri AK rəhbəri postuna namizədlə bağlı razılığa gəlib

Avropa İttifaqı (Aİ) ölkələrinin liderləri Ursula fon der Leyenin ikinci müddətə Avropa Komissiyasına (AK) başçılıq etmək üçün namizədliyini irəli sürmək barədə razılığa gəliblər.

HİT.az xəbər verir ki, bu barədə DPA xəbər agentliyi məlumat yayıb.

Qeyd olunur ki, Almaniya agentliyi müvafiq məlumatları danışıqlar aparan dairələrdən alıb.

Bundan əvvəl Macarıstanın Aİ məsələləri üzrə naziri Yanoş Boku bildirmişdi ki, Macarıstan fon der Leyenin ikinci müddətə AK rəhbəri seçilmək üçün namizədliyini dəstəkləmir, Budapeşt isə Avropada bir sıra digər yüksək vəzifələrə təyinatlarla razıdır. 

Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel bəyan etmişdi ki, Avropa İttifaqının dövlət və hökumət başçıları Ursula fon der Leyenin yenidən Avropa Komissiyasının sədri vəzifəsinə təyin olunması ilə bağlı razılığa gəlməyiblər.

İyunun 10-da Rusiya Federasiyasının Avropa İttifaqı (Aİ) yanında daimi nümayəndəsi vəzifəsini icra edən Kirill Loqvinov bildirib ki, fon der Leyen Avropa İttifaqının militarizasiyası istiqamətində kursu davam etdirəcək.

65 yaşlı Von der Leyen 2019-cu ildən Avropa Komissiyasına rəhbərlik edir və təşkilata rəhbərlik edən ilk qadındır.

Samir
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
24
hit.az

1Источники