Krımın Sevastopol şəhərinə "ATACMS" raketləri ilə edilən və 4 nəfərin öldüyü hücumun ardından, ABŞ-nin Moskvadakı səfiri Lin Treysi Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
525.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada Treysinin Ukraynanın ABŞ-nin himayə etdiyi yeni qanlı cinayəti səbəbilə nazirliyə çağırıldığı bildirilib.
Açıqlamada Krımın Sevastopol şəhərində uşaqların da olduğu mülki şəxslərin hücumda hədəf alındığı, ABŞ-nin Rusiyaya qarşı hibrid müharibə apardığı və münaqişənin tərəfi olduğu vurğulanıb.
Qeyd edək ki, Sevastopol şəhərinin qubernatoru Mixail Ravocayev ötən gün Ukrayna ordusunun Sevastopola raket hücumu nəticəsində 4 nəfərin öldüyünü, 153 nəfərin yaralandığını bildirmişdi.
Məhəmməd Tağıyev
Bizi İnstagramda izləyin
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта