RU

Rişi Sunak gəncləri hərbi xidmətdən imtina etdikləri üçün hədələdi...

Böyük Britaniyanın Baş naziri Rishi Sunak bildirib ki, gənclər orduda məcburi hərbi xidmətdən imtina edərlərsə, sürücülük vəsiqələrindən və bank hesablarından məhrum ediləcəklər

Redaktor.az mk.ru-ya istinadən xəbər verir ki, R.Sunak bunun üçün bir neçə variantın üzərində aparıldığını deyib:

"Bizim bunun həllini tapmaq üçün Avropada mövcud olan modellərə baxacağıq. Bir neçə fərqli variant var. Bütün Avropadakı insanlar sürücülük vəsiqəsi almaq, maliyyə əldə etmək və ya başqa işlərlə məşğul olmaqdan asılı olmayaraq hər cür işlərlə məşğuldurlar."

Baş nazir onu da əlavəedib ki, təklif olunan hərbi xidmət sistemi məcburi olsa da, bu könüllülük prinsipi ilə baş tutmalıdır.

İnsanların xidmətdən imtina etdiklərinə görə hansı sanksiyalarla üzləşə biləcəyi sualına Sunak digər nümunələr kimi “maliyyəyə çıxış”ına işarə edib.

"Bu, insanların bank kartlarını əlindən almaq deməkdirmi?" sualına isə o, gülərək “Avropada çoxlu müxtəlif modellər var” deyəcavab verib.

Baş nazir bildirib ki, Avropa ölkələri gənclərin məcburi hərbi xidmətdə iştirakını təmin etmək üçün hər cür mümkün tədbirləri görür.

Sultan AYXAN

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
4
redaktor.az

1Источники