RU

Keniyadakı iğtişaşlarda Barak Obamanın bacısı yaralandı: Ölənlər var

Keniyada polislər və vergi artımına qarşı etiraz edən əhali arasında toqquşma yaşanıb.
 
Nəticədə polis qüvvələri rezin güllələrlə etirazçılara atəş açıblar. Həmçinin gözyaşardıcı qazdan da istifadə edilib.
 
Nümayişçilər büdcə layihəsinə səsvermənin keçirildiyi Nayrobidəki parlament binasının qarşısına toplaşıblar və tüstü bombaları partladıblar.
 
ABŞ-nin 44-cü prezidenti Barak Obamanın bacısı da etiraz aksiyasının iştirakçıları arasında olub və gözyaşardıcı qazdan xəsarət alıb.
 
Etirazçılar Keniyanın paytaxtında inzibati binaları yandırırlar.
 
Xarici KİV-lərdə yayılan xəbərlərə görə, etirazlar zamanı azı 8 nəfər ölüb, 50 nəfər yaralanıb.

 

 

Избранный
61
1
moderator.az

2Источники