RU

ABŞ-nin gizli saxladığı pilotsuz sualtı qayığı ilk dəfə görüntüləndi - FOTO

ABŞ Hərbi Dəniz Qüvvələri ilə müdafiə sənayesi şirkəti "Northrop Grumman"ın gizli yürütdüyü pilotusuz sualtı qayıq layihəsi ifşa olub.

"AzPolitika" xəbər verir ki, "Google" şirkətinin "Google Maps" xidmətinin yayımladığı peyk görüntülərində "Manta Ray" adlı sualtı qayıq Kaliforniyadakı Hueneme dəniz Bazasında görüntülənib.

Britaniyanın "Daily Telegraph" qəzetinin məlumatına görə, ABŞ Hərbi Dəniz Qüvvələri bu sualtı qayığı Cənubi Kaliforniya sahillərində üç aydan çox sınaqdan keçirib. Müdafiə analitikləri vurğulayırlar ki, ABŞ-nin pilotsuz uçuş aparatları texnologiyasını inkişaf etdirmək səyləri Rusiya və Çin ilə strateji qarşıdurmaya yönəlib.

Məlumata görə, aşağı güc rejimində avtonom şəkildə su altında hərəkət edə bilən bu qayığın yanacaq sərfiyyatı olduqca səmərəlidir. Sözügedən qayığın əlavə yanacağa ehtiyac duymadan dənizin dibinə bata və uzun müddət orada qala bildiyi bildirilir.

"AzPolitika.info"

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
15
azpolitika.info

1Источники