RU

Makron müstəmləkə xalqının liderini quldur adı ilə tutdurdu...

Image

Mübariz Göyüşlü: “Makron hökumətinin bu addımı insan hüquqlarına ziddir”

Yeni Kaledoniyanın müstəqillik tərəfdarlarının lideri Kristian Ten ilkin həbs müddətini Fransadakı həbsxanalardan birində keçirəcək.

“Figaro” yazır ki, bu barədə onun vəkili məlumat verib. Numea şəhərində saxlanılaraq dindirilən digər 10 nəfər barədə də oxşar qərar qəbul edilib. Onlara qarşı konkret hansı maddələrlə ittiham irəli sürüldüyü açıqlanmır. Lakin istintaq cinayətkar birlik yaratma, quldurluq və vəzifəli şəxsləri öldürməyə cəhd faktları üzrə aparılır.

Müstəqillik tərəfdarlarının Müluzdakı təcridxanaya yerləşdiriləcəyi bildirilib. Yeni Kaledoniya Konqresinin katibliyinin direktoru, xanım Frederik Muliava isə istintaq müddətini Klermon-Ferrandakı həbsxanada keçirəcək.

Göründüyü kimi, Makron müstəqillik liderini quldur adı ilə həbs etdirdi. 

“Müstəqillik tərəfdarı olan liderin bu ad ilə həbs edilməsi Makron hökumətinin süquta doğru getdiyinin göstəricisidir” 

Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü “Bakı-Xəbər”ə bildirdi ki, fransız müstəmləkəçiliyinə qarşı mübarizə aparan müstəqillik tərəfdarı Kristian Tenin bu şəkildə ittiham olunması insan hüquq və azadlıqlarına ziddir. “Fransanın və onun prezidenti Makronun Yeni Kaledonyada başlayan azadlıq mübarizəsinə, Fransa dövlətinin zülmünə, işğalına, istismarçılıq siyasətinə qarşı mübarizə aparan yerli insanlara, liderlərə qarşı qəddar, amansız münasibətini bütün dünya görür. Təəssüf edirəm ki, özünü  demokratiyanın, insan hüquqlarının beşiyi sayan və bunu dünyaya  bu şəkildə təbliğ etməyə çalışan BMT Təhlükəsizlik Şurasının üzvü olan bir ölkə neomüstəmləkəçilik siyasəti həyata keçirir. Özü də bu siyasəti çox amansız şəkildə yürüdür, öz sözünü deyən, azadlıq, müstəqillik tələb edən xalqlara və onların liderlərinə qarşı bu cür irticaçı davranışlar sərgiləyir. Bu, Fransa imperiyasının süquta doğru irəliləməsinin göstəricisdir”-deyə bildirən M.Göyüşlü hesab edir ki,  Yeni Kaledoniyada azadlıq, müstəqillik tərəfdarı olan bir liderin quldur adı ilə həbs edilməsi Makron hökumətinin qisasçılıq niyyətindən xəbər verir.

“Makron hökumətinin bu addımı insan hüquqlarına ziddir. Müstəqillik tərəfdarı olan liderin bu ad ilə həbs edilməsi Makron hökumətinin süquta doğru getdiyinin göstəricisidir. Makron qorxur ki, müstəqillik tərəfdarı liderin mübarizəsi onun hakimiyyətinin sonunu gətirə bilər, ona görə də bu cür antihumanist davranış göstərir. 

Düşünürəm ki, bu cür davranışlarla nə Fransa imperializmi, nə onun qəddar siyasəti davam edə bilər. Mütləq şəkildə Yeni Kaledoniyada müstəqillik tərəfdarları qalib gələcəklər, onlar öz azadlıq mübarizələrində haqlıdırlar”. 

M.Göyüşlü qeyd etdi ki, Azərbaycan ictimaiyyəti də, mütərəqqi bəşəriyyət də onları dəstəkləyir. “Biz Fransanı antiinsani hərəkətlərə son qoymağa çağırırıq. Bakı Təşəbbüs Qrupu (BTQ) bu mənada çox ideal bir platformadır. Hesab edirəm ki, BTQ öz çalışmalarını daha da genişləndirməlidir. Biz Fransanın bu qəddar, insan hüquqlarına zidd, antihumanist davranışlarını bütün dünyaya yaymalıyıq və mütərəqqi bəşəriyyətin dəstəyini əldə edərək bu vəhşiliklərə yol verilməsi hallarına son qoymalıyıq”-deyə M.Göyüşlü qeyd etdi.

İradə SARIYEVA





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
31
baki-xeber.com

1Источники