RU

Paket çay xərçəng yaradır? - Həkim danışdı

“Paket şay içmək xərçəng yaratmır, lakin qablaşdırma materialından ayrılan mikroplastik müəyyən təhlükə yaradır”. 

“Cebhe.info” xəbər verir ki, bunu rusiyalı tanınmış onkoloq Yevgeni Çeryomuşkin bildirib. O, “NEWS.ru” ilə söhbətində bu barədə yayılan mifi dağıdıb.

Onkoloqun sözlərinə görə, mikroplastiklərə hər yerdə rast gəlinir, o cümlədən birdəfəlik çay paketlərinin istehsalı üçün istifadə olunur: 

“Belə bir paketə qaynar su ilə töküldüyü an kanserogen maddələr buraxmağa başlayır. Bədənə daxil olduqda, onların fəaliyyəti DNT-yə zərər verə və hüceyrə mutasiyalarına səbəb ola bilər”. Lakin o vurğulayıb ki, mikroplastiklər səbəbindən xərçəngin yaranması ilə bağlı versiya reallıqdan çox uzaq görünür: “Çünki bu gün onun kanserogen təsiri əsas risk kateqoriyasına daxil deyil”. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
32
1
cebheinfo.az

2Источники