RU

Azərbaycan "orta dəhlizi" aktivləşdirməyə hazırlaşır

"Azərbaycan Dəmir Yolları” QSC  Orta Asiyadan keçən  Orta Dəhlizi aktivləşdirməyi planlaşdırır. Bu barədə "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmovməlumat verib. 
 
Onun sözlərinə görə, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) Tacikistan, Qırğızıstan, Özbəkistan və Türkmənistandan keçən hissəsinin aktivləşdirilməsi planlaşdırılır.

"Əsas məqsədimiz diqqəti Mərkəzi Asiya bazarına yönəltməkdir. Bu məqsədlə Özbəkistan və Tacikistanla danışıqlar aparılacaq”, - Rüstəmov bildirib. .

Onun sözlərinə görə,  Orta Dəhlizin Qazaxıstan, Gürcüstan, Azərbaycan və Türkiyədən keçən hissəsində işlər yekunlaşıb və bu istiqamətdə intensiv iş aparılır.


"Orta dəhlizin Tacikistan, Qırğızıstan, Özbəkistan və Türkmənistandan keçən hissəsindən qeyri-aktiv şəkildə istifadə olunur, Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu xəttinin tikintisinə Çinin böyük həcmdə sərmayə qoyacağı gözlənilir. Türkmənistana, oradan isə dəniz yolu ilə Avropaya çatdırılacaq, bununla da Çin Qazaxıstan və Rusiyadan keçən marşruta alternativ yaratmaq istəyir”, - Rüstəmov bildirib.
 
N.Təbrizli

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
13
anews.az

1Источники