RU

Təsdiqləndi: Ərdoğanla Putin bu türk şəhərində görüşəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın günlərdə Astanada rusiyalı həmkarı Vladimir Putinlə görüşməyi planlaşdırır.

Publika.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “Habertürk” telekanalına müsahibəsində deyib.

"Prezidentimizlə Putinin görüşü yaxın günlərdə Qazaxıstanda baş tuta bilər", - nazir vurğulayıb.

Qeyd edək ki, Kremlin sözçüsü Dmitri Peskov da öz növbəsində Rusiya mətbuatına bildirib ki, iki ölkə prezidentlərinin Astanada görüşünün mümkünlüyü müzakirə olunur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
16
publika.az

1Источники