RU

Qadın-kişi mübahisəsi - Zeynalovadan müğənniyə sərt etiraz

Müğənni Akif İslamzadə mətbuata müzakirəyə səbəb olacaq açıqlama verib. Onun sözlərinə görə, cəmiyyətdəki problemlərin kökündə matriarxat dayanır. O, təhsildə və digər sahələrdə qadınların üstünlük təşkil etməsinin problemlərə səbəb olduğunu bildirib.

Bakupost.az -a açıqlamasında Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova gender bərabərliyinə görə müğənninin fikirlərində həqiqət olduğunu bildirib.

Onun sözlərinə görə, təhsildə gender balansının pozulması həqiqətən də ciddi problemdir:

"Qadınlar təhsil sahəsində üstünlük təşkil edir. Məktəbdə şagirdlər ancaq qadınları görür. Bu da gender balansını pozur”.

M.Zeynalova A.İslamzadənin “qadınlar elm verə bilməz” fikiriylə razılaşmayıb. Onun sözlərinə görə dünyada və Azərbaycanın özündə elm sahəsində kifayət qədər tanınmış xanımlar var:

“Yetər ki, onları üzə çıxaraq. Akif bəy kifayət qədər qadınlara tolerant yanaşan adam idi. Onun bu fikirləri məni təəccübləndirdi. Onun elmlə bağlı fikirləri hesab edirəm ki, yanlışdır. Allah hər iki cinsə ağıl verib, hər iki cinsin düşünmə bacarığı var və o qədər ixtiralar var ki, o qadınlara məxsusdur. Qadının elmdə iştirakı üçün mühit lazımdır. Çünki mühit qadının hansısa ixtiraları üçün şərait yaratmır. Gender balansı pozulur, kişilər irəli gedir, qadınlar isə ev işləri ilə məşğul olur”.

Vasif Əlihüseyn
BakuPost
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
32
bakupost.az

1Источники