İddiaya görə CR7 sevgilisi Georgina ilə Dubay sahillərində dəniz atı formalı adada torpaq alıb.

İndex.az xəbər verir ki, süni tikili Palma adalarından sahil boyu bir neçə kilometr aralıda yerləşir və Birləşmiş Ərəb Əmirliklərinin ən böyük lüks daşınmaz əmlak qruplarından biri tərəfindən idarə olunur.

Bildirilir ki, Ronaldo adada malikanə tikməyi planlaşdırır və işlərin dekabrın sonuna qədər başa çatdırılması planlaşdırılır. Bölgənin ən eksklüziv çimərlikləri, əyləncə klubları, otellər, yaxta klubları və dalğıc mərkəzlərinin yerləşdiyi adada hazırda 15 lüks ev var.

Kristiano Ronaldo və Georgina Rodriguez’in “meqa-eksklüziv” Jumeirah adasında 25 milyon avroya (21 milyon funt sterlinq/27 milyon dollar) torpaq aldıqları bildirilir.

Bu malikanə ona Madrid, Marbella, Madeyra, Nyu-York, Lissabon və Turin ünvanlarını özündə birləşdirən daşınmaz əmlak portfelinə əlavə etməyə imkan verir.

Qeyd edək ki, Ronaldo, hal-hazırda “Forbes”in idmanda ən çox qazanan ulduzlar siyahısına başçılıq edir.