RU

Yüksək mədəniyyəti və peşəkarlığı ilə pasiyentlərin rəğbətini qazanmış həkim - Məhərrəm Gülməmmədov 

"Həkimlərimizi tanıyaq!" rubrikamızda yüksək mədəniyyəti və peşəkarlığı ilə pasiyentlərin rəğbətini qazanmış Gülməmmədov Məhərrəm Şükür oğlundan bəhs edəcəyik.
 
Məhərrəm Gülməmmədov 1959-cu ildə Yevlax rayonunda anadan olub. 1977-1984-cü illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil alıb. 1984-1986-cı illərdə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında internatura keçib.
 
O, 1986-1991-ci illərdə Yevlax Rayon Mərkəzi Xəstəxanasında Poliklinika şöbəsində həkim-terapevt kimi fəaliyyət göstərib. 1991-1995-ci illərdə Yevlax Rayon Mərkəzi Xəstəxanasında Poliklinika şöbəsinin müdiri, 1995-2004-cü illərdə Yevlax Rayon Mərkəzi Xəstəxanasında Həkim Məsləhət Komissiyasının sədri vəzifələrində çalışıb. 2004- 2011-ci illərdə həkim-terapevt işləyib. 2011- ci ildən etibarən Yevlax Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsinin müdiridir.
Избранный
17
aztibb.az

1Источники