RU

Rusiya Gürcüstana pul köçürmələrinin həcminə görə birinci yeri itirib

May ayında İtaliya Gürcüstana pul köçürmələrinin həcminə görə ilk dəfə Rusiyanı keçərək lider olub.

 

Oxu24.com xəbər verir  ki, bu barədə  Gürcüstan Milli Bankı məlumat yayıb.

 

Mayın sonunda İtaliyadan Gürcüstana 48,12 milyon dollar daxil olub ki, bu da 2023-cü ilin may ayı ilə müqayisədə 7,74% çoxdur.

 

Rusiya 48,11 milyon dollarla ikinci yerə düşüb.

 

Eyni zamanda, Rusiya Federasiyasından Gürcüstana köçürmələrin həcmi il ərzində 69,5% azalıb. İlk üçlüyü 47,22 milyon dollarla ABŞ tamamlayır.

 

İlk 5-liyə həmçinin Yunanıstan (22 milyon dollar) və İsrail (21,78 milyon dollar) daxil olub.

 

Dünya Bankının məlumatına görə, Gürcüstan xarici gəlirlərdən asılı olan ölkələrin reytinqində 21-ci yerdədir. Beləliklə, Gürcüstan iqtisadiyyatının əhəmiyyətli hissəsi xaricdə işləyən gürcülərin göndərdiyi pul köçürmələrindən asılıdır.

Bu arada Gürcüstan ruslar arasında populyar xarici ölkələrdən biri olaraq qalır. 2023-cü ilin eyni dövrü ilə müqayisədə iyun ayında Rusiya Federasiyasından turistlərin sifarişlərinin payı iki dəfə artıb.

 

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
20
oxu24.com

1Источники