RU

Hər şey ola bilər: Kosmosdan evin üstünə obyekt DÜŞDÜ

Hər şey ola bilər: Kosmosdan evin üstünə obyekt DÜŞDÜ

ABŞ-ın Florida ştatında kosmosdan evin üzərinə daş parçaları düşüb.

Sonxeber.az xəbər verir ki, bununla bağlı "The Washington Post" məlumat yayıb. Nəşrin məlumatına görə, Florida ştatının Neapol şəhərində Alejandro Oteronun evinə 700 qram ağırlığında obyekt düşüb və damda deşik yaranıb.

NASA, obyektin 2021-ci ildə Beynəlxalq Kosmik Stansiyadan tullantı kimi atılan paletin bir hissəsi olduğunu təsdiqləyib. ABŞ Kosmik Agentliyinin məlumatına görə, sözügedən obyekt Yerə düşməzdən əvvəl tamamilə parçalanmalı idi. Lakin atmosferə daxil olanda onun bir hissəsi sağlam qalıb.

Ev sahibinin vəkili bildirib ki, dəyən ziyana görə təzminat tələb edilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
23
sonxeber.az

1Источники