RU

“Asiya uşaqları”nda iştirak edəcək güləşçilərimizin adları açıqlanıb

Sabah Rusiyanın Yakutsk şəhərində “Asiya uşaqları” VIII Beynəlxalq İdman Oyunlarına start veriləcək.

İdman.biz xəbər verir ki, Oyunlar çərçivəsində iyunun 28-dən iyulun 2-dək güləş yarışları keçiriləcək.

Yakutskda ölkəmizi məşqçilər Namiq Quliyev, Elşad Allahverdiyev və İlham Vezirovun rəhbərliyi altında U-15 milli komandalarımızın üzvləri təmsil edəcək.

3000 tamaşaçı tutumlu “Triumf” İdman Mərkəzində keçiriləcək yarışda sərbəst güləşdə Hüseyn Rzazadə (38 kq), Tamerlan Namazlı (41 kq), Rəşid Nazarov (52 kq), Həsən Həsənov (62 kq) və Nihad Süleymanlı (75 kq), qadın güləşində Gülnar Ağadadaşova (39 kq), Rəna Nuriyeva (54 kq) və Simurə Abdullayeva (62 kq), yunan-Roma güləşində isə Yusif Mirzəyev (38 kq), Qurban Məcnunov (44 kq), Eldəniz Allahverdiyev (52 kq) və Yaşar Məmmədov (75 kq) uğur qazanmağa çalışacaq.

Oyunlarda I dərəcəli beynəlxalq hakim Bəşir İsazadə ədaləti qoruyacaq.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
56
9
idman.biz

10Источники