RU

ATƏT deqradasiyaya uğrayıb və Qərbin maraqlarına xidmət edir - Lavrov

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) deqradasiyaya uğrayıb və Qərbin maraqlarına xidmət edir.

Olaylar rus KİV-lərinə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Minskdə Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşündən sonra bildirib.

Onun sözlərinə görə, ATƏT üzvlərinin əksəriyyətinin maraqlarını qoruyan təşkilat ola bilməyib.

"Biz Birləşmiş Millətlər Təşkilatı və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının tamamilə deqradasiyasına və əslində Qərbin maraqlarına xidmət etməyə başlamasına baxmayaraq, bu təşkilatda necə əməkdaşlıq etdiyimizi söylədik. Lakin bu, Helsinki Yekun Aktından sonra ATƏT-in fəaliyyətinin əsasını təşkil edən bütün prinsipləri yenidən yazmaq və unutmaq cəhdlərinə qarşı daha effektiv mübarizə tələb edir", - Lavrov əlavə edib. (Trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
110
3
olaylar.az

5Источники