Naxçıvan Muxtar Respublikasında qeyri-sabit hava şəraiti nəticəsində bəzi ucqar kəndlərə dolu düşüb.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, bu gün günortadan sonra başlayan yağışdan sonra xüsusilə Ordubad rayonunun ucqar kəndlərinə dolu yağıb.
Dolu daha çox rayonun Bist kəndinə düşüb. Qeyri-sabit hava şəraiti davam edir.