RU

Protez saçları ona problem yaratdı! Kobra Murat infeksiyaya yoluxub

"Kobra Murat" ləqəbli Murat Divandilər parikinə görə çətin anlar yaşayır. Məşhurun istifadə etdiyi parik səbəbiylə başında infeksiya olduğu və konsertlərini təxirə salmaq məcburiyyətində qaldığı öyrənilib.                                                                     
"Sherg.az" xəbər verir ki, fərqli üslubu və özünəməxsus əyləncəli xasiyyəti ilə diqqət çəkən qaraçı musiqisinin tanınmış simalarından olan 'Kobra Murat' ləqəbli Murat Divandis yığdığı pulları açıqlayaraq tez-tez gündəmə gəlib.
Maraq edilən var-dövlətini açıqlayan məşhur ad qazancını daşınmaz əmlaka və qızıla yatırdığını bildirib. O, davamlı olaraq qızıla pul qoyduğu üçün həyat yoldaşının ona qəzəbləndiyini söyləyib: "Mən trilyonluq insanam. 2 qızıl seyfimiz və 18 kilo qızılımız var. Həyat yoldaşım deyir ki, daha qızıl alma seyfdə yer yoxdur. Həyat yoldaşımın, mənim və uşaqlarımın üstündə pullar var. Qızıma bağ evi, uşaqlarım üçün evlər almışam. 18 evim, 4 bağ evim var. Bütün bunlar 21 saat işləyib 3 saat yatmaqla qazanılan alın təridir". 

Kobra Murat istifadə etdiyi protez baş bandı səbəbindən səhhətində problemlər yaranıb. Məşhur müğənni məsələ ilə bağlı Onur Akayla danışıb.

Onur Akay mövzu ilə bağlı bunları deyib:
''Dəyərli dostum Kobra Muratda ağcaqanad xəstəliyinə tutulması ilə bağlı söz-söhbətlər yayılanda ona zəng vurdum. Murat mənə elə bir xəstəliyinin olmadığını, uzun illərdir protez saçdan istifadə etdiyini və sonuncu dəfə protez saç üçün istifadə etdiyi lentlər səbəbindən başında infeksiya olduğunu söylədi. Həkimi ona bir ay müddətinə parik taxmağı qadağan edib və müalicəsinə başlanılıb. Səhhətinin yaxşı olduğunu və bu müddət ərzində konsertlərini təxirə saldığını deyən Kobra Murat hər kəsə salam və sevgilərini çatdırıb''.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
13
4
sherg.az

5Источники