RU

Borelli Estoniyanın baş naziri əvəz edəcək

Avropa İttifaqı ölkələrinin liderləri Avropa diplomatiyasının rəhbəri vəzifəsinə Estoniyanın baş naziri Kaya Kallasın namizədliyinin irəli sürülməsinə razılaşıblar.

525.az xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.

Bundan əvvəl Polşanın baş naziri Donald Tusk bildirmişdi ki, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen, Portuqaliyanın keçmiş baş naziri Antonio Kosta və Estoniyanın baş naziri Kaya Kallas Aİ orqanlarında yüksək vəzifələr alacaqlar.

Qeyd edək ki, hazırda Aİ diplomatiyasına Cozep Borrell rəhbərlik edir.

Pərvanə Sultanova























Bizi Facebookda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
31
525.az

1Источники