Fransa millisinin hücumçusu Kilian Mbappenin yeni qara maskası UEFA-dan təsdiq alıb.

Offsideplus.az xəbər verir ki, futbolçu Avro-2024-ün qrup mərhələsinin 1-ci turunda Avstriya ilə matçda burnunu sındırıldıqdan sonra qoruyucu maska taxmağa məcbur olub. Niderlandla oyundan əvvəl məşqdə o, Fransa bayrağının rənglərində maska taxmışdı, lakin qaydalara görə, onu matçlar zamanı taxmaq olmaz, çünki oyun meydançasında istifadə olunan tibbi avadanlıq eyni rəngdə olmalı və şəxsiyyətin müəyyənləşdirilməsinə imkan verməməlidir.

Bildirilir ki, Mbappe çərşənbə axşamı Polşa ilə D qrupunun son oyununda oynayacaq.