RU

Ərdoğan Putinə zəng edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinə Dağıstanda baş verən terror aktı ilə bağlı başsağlığı verib.

 

Oxu24.com  xəbər  verir  ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

 

“Söhbət zamanı prezident Ərdoğan Türkiyənin terrorizmin bütün növlərinə qarşı olduğunu bildirib, terror aktlarını nifrətlə pisləyib, həlak olanlara görə Rusiya xalqına başsağlığı verib, yaralıların tezliklə sağalmasını arzulayıb”, - deyə mətbuat xidməti məlumat yayıb.

 

Bundan əvvəl Dağıstanın təhlükəsizlik qüvvələri terrorçulardan birinin şəxsiyyətini müəyyən edib.

İyunun 23-də Dağıstan Dərbəndində bir neçə nəfər Lenin küçəsində yerləşən Müqəddəs Məryəm Şəfaət kilsəsinə və Tağı-Zadə küçəsindəki Kələ-Numaz sinaqoquna hücum edərək onları avtomatlardan atəşə tutub. Eyni zamanda yaraqlılar Mahaçqalada atəş açıblar. Ermoşkin küçəsində yol polisi postu və yaxınlıqdakı sinaqoq atəşə tutulub. Orconikidze küçəsindəki Müqəddəs Vasf kilsəsi yaxınlığında da atışma olub. Polis hücum edənlərdən beşini öldürüb.

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
21
oxu24.com

1Источники