![Əməkdar](https://e-saglam.az/storage/news/middle/images/2024/6/1213992.jpg)
Azərbaycan Dövlət Tibb Universitetinin (ADTU) professoru dünyasını dəyişib.
![](https://e-saglam.az/emlakbazari/reklam_728_90.png)
E-saglam.az xəbər verir ki, professor Zöhrab Qarayev qəfil vəfat edib.
Qeyd edək ki, Zöhrab İslam oğlu Qarayev 25 mart 1945-ci ildə Laçın rayonunun Minkənd kəndində anadan olub. Azərbaycan Dövlət Tibb Universitetinin professoru, tanınmış alim idi.
Z. Qarayev 2005-ci ildən ADTU-nin ortopedik stomatogiya kafedrasının professoru vəzifəsində çalışıb.
2010-cu ildə Azərbaycan Respublikası Prezidentin sərəncamı ilə "Əməkdar həkim" fəxri adı alıb.
E-saglam.az