RU

Dilan və Engin Polat yenidən həbsxanaya göndərildi

2 cinayət işində təqsirləndirilən Dilan və Engin Polat cütlüyü yenidən həbsxanaya aparılıb.

Axşam.az xəbər verir ki, buna səbəb digər məhkəmə işinin hələ də davam etməsi olub. Belə ki, bu gün baş tutan məhkəmədə cütlüyün sərbəst mühakimə olunması qərara alınsa da, onlar barəsində ikinci bir ittihamın olduğu bildirilib və yenidən həbsxanaya aparılıblar.

Bildirilib ki, sosial media fenomeni Banu Parlakın iş yerinin önündə baş verən atışma ilə bağlı araşdırmalar yekunlaşmayıb.


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
17
1
big.az

2Источники