RU

Ayətullah Xamnəi qalib namizədə: Amerikapərəstləri vəzifəyə təyin etməyin!

Birinci vacib şərt seçkidə iştirak, ikiinci vacib şərt düzgün seçimdir.

Yenisabah.az Təsnim-ə istinadla xəbər verir ki, bunu İranın Ali lideri Ayətullah Xamnəi deyib.

O, mərhum prezident İbrahim Rəisinin administrasiyasının fəaliyyətini tərifləyib: "13-cü hökumət ölkənin imkanlarından yaxşı istifadə edən hökumətlərdən biri idi və bu, fəaliyyətini hökumət davam etsəydi, böyük ehtimalla, bir çox iqtisadi problemlər həll olunacaqdı".

Ayətullah Xamnəi seçki prosesinə toxunub: "Çoxlu sayda gənc və savadlı əhali, İranın fitri zəka və istedadı, nəhəng və müxtəlif mədənləri, coğrafi mövqeyi, uzun su sərhədləri, çoxlu qonşular, böyük regional bazarlar, 80 milyonluq daxili bazar, iqlim müxtəlifliyi, dəmir yolu və avtomobil yolu şəbəkəsi, azad ticarət zonaları və mədəni və sivilizasiya irsi ölkənin imkanları arasındadır. Amma ölkənin bəzi siyasətçilərində tərəqqi üçün dünyada bu və ya digər güc mərkəzindən asılılığın qaçılmaz olduğu fikrini və tərəqqiyə gedən bütün yolların Amerikadan keçməsi illüziyası var. Sərhədlərdən kənara baxanlar mühüm daxili imkanları görməli və bilməlidir. Təbii ki, onlar bunlardan istifadə etməyi bacarmırlar".

Ayətullah Xamnəi xalqa və namizədlərə iki mühüm tövsiyə verib: SEO Nədir

“Güclü və qürurlu İran”ın siyasi ölçülərindən biri seçkidir. Maraqlı olan hər kəs seçkilərdə iştirak etməlidir. Namizədlər Allahınız qarşısında əhd etməlidir ki, seçildiyi təqdirdə inqilaba bağlı insanları dövlət qulluğuna götürəcək. O kəsləri ki, inqilaba, sistemə bağlığı yoxdur, sizə yaxşı yoldaş olmayacaqlar. Qəlbi Amerikaya bağlı olanlar, o olmadan bir addım belə atmaq bacarığı olmayanlar, dinə, şəriətə etibarı olmayanlar yaxşı məmur olmayacaqlar!"


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
15
yenisabah.az

1Источники