RU

Ermənistan ordusunda YENİLİK: İki qardaş eyni hərbi hissədə XİDMƏT EDƏCƏK

Ermənistan parlamentində qardaşların bir bölmədə xidmət keçməsi və hərbi xidmət haqqında qanuna edilən digər dəyişikliklər müzakirə edilir.

İnterpress.az xəbər verir ki, Ermənistan parlamentinin Müdafiə və təhlükəsizlik komissiyası “Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında” qanuna dəyişiklik və bununla bağlı qanunlara dəyişiklik layihəsini təsdiqləyib.

Dəyişikliklər bir hərbi hissədə doğma qardaşların xidmət şəraitinin dəqiqləşdirilməsini nəzərdə tutur.

“İndi artıq xidmətdə olan vətəndaşın qardaşı hərbi xidmətə çağırılanda ona həmin hərbi hissəyə təyinat üçün ərizə yazmaq imkanı verilir. Ancaq bu məsələ ilə bağlı müraciət etmək imkanı məhduddur – xüsusən də qardaşlardan biri mütləq ən azı 17 ay xidmət etməlidir. Dəyişikliklərlə biz bu məhdudiyyəti aradan qaldırırıq”, – Ermənistan müdafiə nazirinin müavini Arman Sarkisyan komissiyada keçirilən müzakirədə bildirib.

Xuraman Etibarlı

İnterpress.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
31
interpress.az

1Источники