RU

Ağrını azaldan botoks var

Miqren dünyada milyonlarla insana təsir edən xroniki baş ağrısıdır.

Miqren "hücumları" şiddətli baş ağrısı, ürəkbulanma, qusma, işığa və səsə həssaslıq da daxil olmaqla müxtəlif simptomlara səbəb ola bilər.

Miqreni müalicə etmək üçün dərmanlar, həyat tərzi dəyişiklikləri və fiziki müalicə kimi müxtəlif üsullardan istifadə edilir. Lakin günümüzdə miqren botoksu bu üsullara alternativ müalicə üsulu olaraq ortaya çıxıb.

Miqren botoksu nədir?

"Cebhe.info" xəbər verir ki, miqren botoksu miqrenin şiddətini azaltmaq üçün istifadə edilən tibbi prosedurdur. Bu prosedurda miqreni artıran əzələlərə az miqdarda botulinum toksini (botoks) yeridilir.

Botoks sinir siqnallarını bloklayaraq əzələlərin rahatlamasına və miqren ağrısına səbəb olan spazmların azalmasına imkan verir.

Botoks miqren "hücumları"nın şiddətini azaldır, ağır dərmanların istifadəsini azaldır, həyat keyfiyyətini yaxşılaşdırır.

Amerika Nevrologiya Akademiyası (AAN) tərəfindən 2015-ci ildə nəşr olunan bir məqalədə miqren botoksunun xroniki miqren müalicəsində də təsirli üsul olduğu qeyd edilir.

Məqalədə bildirilir ki, miqren botoksu təhlükəsiz prosedurdur və nadir hallarda əlavə təsirlərə səbəb olur.

Avropa Nevrologiya Cəmiyyəti (EFNS) tərəfindən 2018-ci ildə dərc edilən hesabatda bildirilir ki, miqren botoksu miqren hücumlarının tezliyini və şiddətini 50-70% azalda bilər.

Hesabatda həmçinin miqren botoksunun uzunmüddətli müsbət təsirləri olduğu və xəstələrin həyat keyfiyyətini yaxşılaşdırdığı deyilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
47
cebheinfo.az

1Источники