RU

Ən sürətli sabit və mobil internetdən istifadə edən ölkələrin siyahısı açıqlanıb: Azərbaycan neçənci sıradadır?

     Bağlantı məlumatlarının sürəti və gecikməsi kimi internetə çıxış performansının ölçülməsini təmin edən veb xidməti olan Ookla tərəfindən Speedtest olaraq da tanınan Speedtest.net, kəmiyyət məlumatlarına əsaslanaraq ən sürətli sabit və mobil internetdən istifadə edən ölkələrin siyahısını təqdim edib. Dərc edilmiş siyahıda qlobal internet sürətinin ortalaması və ölkələr üzrə ortalama qoşulma sürəti açıqlanıb. Speedtest-in 2024-cü ilin may ayına əsaslanan hesabatına görə, Azərbaycan mobil internet sürətinə görə, 147 ölkə arasında 59-cu yerdə qərarlaşıb. Azərbaycanın mobil internet sürəti üzrə orta yükləmə sürəti 51.18 Mbit/s, orta göndərmə sürəti isə 14.47 Mbit/s-dir.     Genişzolaqlı sabit internet üzrə Azərbaycan 181 ölkə arasından 118-ci yerdədir. Statistikaya görə, Azərbaycandakı orta sabit yükləmə sürəti 39.49 Mbit/s, orta sabit göndərmə sürəti isə 39.17 Mbit/s təşkil edir. Qətər: 329.37 Mbit/sBirləşmiş Ərəb Əmirlikləri: 309.77 Mbit/sKüveyt: 233.78 Mbit/sDanimarka: 147.33 Mbit/sNorveç: 142.23 Mbit/sCənubi Koreya: 139.98 Mbit/sİslandiya: 139.01 Mbit/sÇin: 133.57 Mbit/sHollandiya: 120.25 Mbit/sMakao: 118.91 Mbit/s Sinqapur: 289.98 Mbit/sHonq Konq: 282.48 Mbit/sÇili: 274.46 Mbit/sBirləşmiş Ərəb Əmirlikləri: 272.90 Mbit/sİslandiya: 255.69 Mbit/sABŞ: 248.27 Mbit/sFransa: 237.06 Mbit/sTayland: 235.86 Mbit/sÇin: 233.38 Mbit/sDanimarka: 224.31 Mbit/s

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
43
technote.az

1Источники