RU

Sumqayıt Tibb Mərkəzi şəhid ailələrini və qaziləri daim diqqətdə saxlayır

Sumqayıt Tibb Mərkəzi şəhid ailələri və qazilərimizi daim diqqətdə saxlayır, mütəmadi olaraq onların qayğıları ilə maraqlanır.

 

Aztibb.az-a Mərkəzdən bildirilib ki, 7 nömrəli Ailə Sağlamlıq Mərkəzinin baş həkimi Vüsalə Cavadzadə və müəssisənin əməkdaşları Vətən müharibəsi şəhidi Rəcəb Qulamovun ailəsini, həmçinin qazi Mahur Həmidovu ziyarət ediblər.

 

Görüş zamanı şəhid və qazi ailələrinin qayğıları dinlənilib. Bununla yanaşı, rəhbərlik 7 nömrəli ASM-də çalışan mühafizəçi Vətən müharibəsi veteranı Rüfət Sadıqovu 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib.

 

Ziyarət olunanlar onlara göstərilən diqqət və qayğıya görə təşəkkür ediblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
24
aztibb.az

1Источники